Qəzaya düşən məşhur türk aktrisasına 16 tikiş atıldı
Türkiyəli tanınmış aktrisa Ece Uslu istirahət üçün getdiyi Çeşmədə qəza keçirib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, “Kara Melek”, “Zerda”, “Elveda Derken”, “Karagül” və “Sevda Geçti” kimi məşhur seriallarda rol alan sənətçi sonuncu dəfə “Siyah Kalp” layihəsində tamaşaçı qarşısına çıxmışdı.
Serialın finalından sonra istirahətə yollanan 50 yaşlı aktrisa paltarının ətəyinə ilişərək yıxılıb. Hadisə nəticəsində Uslu əvvəlcə Çeşmə Dövlət Xəstəxanasına, daha sonra isə İzmirdəki klinikaya aparılıb və təcili əməliyyat olunub. Əməliyyat zamanı ona 16 tikiş atılıb.
Aktrisa 3 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb.
Ece Uslu səhhəti ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları qeyd edib: “Təəssüf ki, gözəgörünməz deyilən bir qəzaya düşdüm. Ayağımın üstündən yıxıldım və mismar kimi yerə çırpıldım. Xoşbəxtlikdən yalnız sol tərəfimlə sağ qaldım. Çeşmədə ilkin tibbi yardım aldım, sonra İzmirdə əməliyyat olundum. İndi evimdəyəm və daha yaxşıyam”.
Qeyd edək ki, Ece Uslu Türkiyə televiziya sektorunun ən sevilən aktrisalarından biri sayılır.
Gülbəniz Səfərova






