Qəzzada 602 mindən çox uşaq xəstəliyə qarşı peyvənd edilib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzada 5 günlük poliomielit peyvəndi kampaniyasında 602 min 795 uşağa çatıldığını bildirdi.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Qhebreyesus “X”-də 22-26 fevral tarixləri arasında Qəzzada poliomielit əleyhinə peyvənd kampaniyası haqqında paylaşım etdi. Qəzzada 5 günlük kütləvi iflic peyvəndi dünən başa çatıb və 10 yaşından kiçik 602 min 795 uşaq peyvənd olunub. Məlumatlarını paylaşan Ghebreyesus, davam edən atəşkəsin tibb işçilərinin keçən il həyata keçirilən peyvənd turlarından daha çox uşağa çatmasına imkan verdiyini söyləyib.