media-4a30e659-68e4-4382-a4ad-fc581b1d849c

Qəzza zolağında onilliklərdir davam edən blokada və müharibə şəraitində yaşayan fələstinlilər ilk dəfə açıq şəkildə HƏMAS-ın idarəçiliyinə qarşı küçələrə çıxıblar.

Patrulaz.az “BBC News”a istinadən xəbər verir ki, Qəzza sakinləri 2007-ci ildən bu yana əraziyə nəzarət edən HƏMAS-ı bölgəni siyasi və humanitar fəlakətə sürükləməkdə günahlandırırlar. Etirazçılar “HƏMAS zibildir” şüarları ilə viran qalmış küçələrdə yürüşlər edirlər.

Vəziyyətlə bağlı qəzzalı hüquqşünas və keçmiş siyasi məhbus Moumen əl-Natour bu ifadələri işlədib: “Dünya Qəzzanı HƏMAS, HƏMAS-ı isə Qəzza kimi qəbul edir. Halbuki biz onları seçmədik. HƏMAS artıq bu xalqı idarə etməkdən əl çəkməlidir”,-deyə o qətiyyətlə bildirib.

Qeyd edək ki, HƏMAS (İslam Müqavimət Hərəkatı) 1987-ci ildə Fələstin ərazisində, xüsusilə Qəzza zolağında yaradılmış silahlı və siyasi hərəkatdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər