Vətəndaşlar “Qırmızı Körpü” gömrük məntəqəsində yeni tətbiq edilən tərəzi sistemindən narazıdırlar.

Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumata görə, son zamanlar “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində tətbiq edilən yeni tərəzi sistemi sürücülər arasında narazılığa səbəb olub. Sürücülərin bildirdiyinə görə, yanvarın 17-də məntəqəyə daxil olduqda 4 saatlıq növbə ilə qarşılaşıblar. Növbələri çatdıqda isə park yerlərinin dolu olması səbəbindən nəqliyyat vasitələrini yolda saxlamağa məcbur olublar ki, bu da 30 manat məbləğində cərimə ilə nəticələnib.
Sürücülər hər bir nəqliyyat vasitəsi üçün 61 manat ödəniş etdiklərini, bunun 20 manatının park üçün nəzərdə tutulduğunu qeyd edirlər. Lakin park yerlərinin çatışmazlığı səbəbindən yolda saxladıqları üçün əlavə cərimə ilə üzləşirlər. Şikayətlərini gömrük işçilərinə bildirdikdə isə, “get, kimə istəyirsən şikayət et” cavabını alıblar.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması və sürücülərin üzləşdiyi problemlərin həlli istiqamətində tədbirlər görməsi vacibdir. Xüsusilə, park yerlərinin artırılması və yeni tərəzi sisteminin daha səmərəli təşkil edilməsi üçün müvafiq addımlar atılmalıdır.


Bənzər xəbərlər