media-inshot_20260109_080656652

Qış mövsümünün gəlişi ilə bir çox insan özünü daha halsız və yuxulu hiss etdiyini bildirir. Gün ərzində enerji səviyyəsinin aşağı düşməsi, daha tez yorulma və yuxuya meylin artması bu dövr üçün xarakterik hal sayılır. 

Patrul.az-ın məlumatına görə, bu həm bioloji, həm də psixoloji səbəblərlə əlaqədardır.

Qış aylarında günlərin qısalmasıgünəş işığının azalması insan orqanizminin bioloji ritminə birbaşa təsir edir. Gün işığı beyində serotonin hormonunun ifrazını artırır. Serotonin isə insanın özünü enerjili və gümrah hiss etməsinə kömək edir. Günəş işığı azaldıqda serotonin səviyyəsi aşağı düşür, əvəzində yuxu hormonu olan melatonin daha çox ifraz olunur. Bu da yuxululuğu artırır.

İnsan orqanizmi təbiətlə sıx əlaqədədir. Qışda hava şəraitinin dəyişməsi bioloji saatın (sirkadiyal ritmin) ləngiməsinə səbəb olur. Orqanizm enerjiyə qənaət etməyə çalışır və bu, daha çox yatmaq ehtiyacı kimi özünü göstərir. Bu mexanizm qədim dövrlərdən qalan instinktiv uyğunlaşma formasıdır.

Qış aylarında günəş şüalarının azalması orqanizmdə vitamin D səviyyəsinin düşməsinə gətirib çıxarır. Vitamin D çatışmazlığı yorğunluq, halsızlıq və əhval düşkünlüyü yarada bilər. Bu hallar da insanın daha çox yatmaq istəməsinə səbəb olur.

Soyuq havalarda bədən istiliyini qorumaq üçün orqanizm daha çox enerji sərf edir. Enerji itkisinin artması fonunda insan özünü daha tez yorğun hiss edir və istirahətə, xüsusilə yuxuya ehtiyac duyur.

Digər tərəfdən də qış mövsümü bəzi insanlarda mövsümi affektiv pozuntu (qış depressiyası) ilə müşahidə oluna bilər. Gün işığının azlığı, qapalı məkanlarda daha çox vaxt keçirmək və sosial aktivliyin azalması psixoloji gərginliyə səbəb olur. Bu da yuxuya meylin artmasına təsir edən əsas faktorlardan biridir.

Araşdırmalar göstərir ki, qış aylarında yuxululuğun artması tamamilə təbii prosesdir və əsasən gün işığının azalması, hormonal dəyişikliklər, vitamin çatışmazlığı və psixoloji amillərlə əlaqədardır. Mütəxəssislər bu dövrdə düzgün qidalanma, açıq havada gəzinti və gündəlik rejimin qorunmasının halsızlığın azalmasına kömək etdiyini bildirirlər.

Qeyd edək ki, qış aylarında əgər evinizin temperaturu istidirsə, mütləq ki, yuxulayacaqsınız.


Bənzər xəbərlər