media-1769661285-4886-large

Qlobal bazarlarda qiymətli metalların dəyəri sürətlə artmaqda davam edir.

Patrul.az xəbər verir ki, hazırda qızılın qiyməti 5 591 dollara yaxın ticarət olunur. Gümüşün qiyməti isə unsiya üzrə 120 dollar həddinə çataraq yeni rekord müəyyənləşdirib.

Məlumata görə, təkcə son bir həftə ərzində qızıl 13 faiz bahalaşıb. Gümüş də kəskin artım nümayiş etdirərək tarixi maksimum səviyyəni keçib.

Mütəxəssislər qiymət artımının əsas səbəbləri kimi dolların zəifləməsini, geosiyasi gərginlikləri və qlobal iqtisadi qeyri-müəyyənliyi göstərirlər. Bu amillər investorların təhlükəsiz aktivlərə, xüsusilə qızıla marağını artıraraq qiymətlərin rekord səviyyəyə çatmasına səbəb olub.


Bənzər xəbərlər