media-inshot_20260124_001410181

Son günlər qızılın qiymətində davamlı artımlar müşahidə olunur. Mərkəzi bankların siyasətləri və valyuta məzənnələrindəki dəyişikliklər də qızıl bazarına təsir göstərir.

Qızılın qiymət artımı hansı iqtisadi və geosiyasi faktorlarla bağlıdır və yaxın günlərdə bu artım davam edə bilərmi?

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, qızılın hazırkı qiymət artımı təsadüfi deyil və bunu təkcə iqtisadi amillərlə əlaqələndirmək doğru olmaz:media-img-20260113-wa0027-1

“Qızılın hazırkı qiymət artımı bir sıra amillərlə – qlobal qeyri-sabitlik, inflyasiya qorxuları, yüksək likvidliyin maliyyə bazarlarından qızıla yönəlməsi, mərkəzi bankların siyasəti və dolların dinamikası ilə bağlıdır. Müharibələr, beynəlxalq gərginliklər və siyasi qeyri-müəyyənlik dövrlərində qızıl təhlükəsiz bir investisiya hesab olunur və təbii ki, bu da qızılın qiymətini yüksəldir”.

“Qısa müddətdə qiymətlərdə müəyyən dalğalanmalar mümkün olsa da, mövcud şəraitdə kəskin və davamlı ucuzlaşma üçün güclü iqtisadi əsaslar hələ görünmür”-deyə iqtisadçı qeyd edib.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər