Qola sevinən futbolçuya alışqan atan azarkeşə sərt cəza verildi - FOTOLAR
Superliqanın 14-cü turunda “Fənərbağça” ilə “Qalatasaray” arasında baş tutan gərgin matç zamanı xoşagəlməz hadisə qeydə alınıb.
Patrul.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, matçın 27-ci dəqiqəsində “Qalatasaray”ın vurduğu qoldan sonra komanda futbolçuları sevinci qeyd edərkən “Fənərbağça” azarkeşi Kazımcan Karataşın üzərinə alışqan atıb. Üz nahiyəsinə dəyən zərbə nəticəsində futbolçu yüngül xəsarət alıb.
Bundan sonra stadionun təhlükəsizlik kameraları vasitəsilə hadisəni törədən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Əməli törədən azarkeş “İdmanda zorakılığın və asayişin qarşısının alınması haqqında” qanunu pozduğu üçün bir il müddətinə idman yarışlarına girişdən məhrum edilib.
Qeyd edək ki, dekabrın 1-də Çobani Stadionundakı -“Fənərbaxça Şükrü Saracoğlu” İdman Kompleksində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.



Gülbəniz Səfərova





