Qonaq kimi gəldi, oğru kimi getdi: Toyda yeyib-içib, zinətləri oğurladı
Türkiyədə naməlum şəxs Adananın Sarıçam bölgəsində keçirilən toy mərasiminə dəvət olunmadan qatılaraq həm əylənib, həm də zinət əşyaları oğurlayaraq yoxa çıxıb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, toy sahibi Sedef Ü. və Adem Ü.nün yaxınları ilə dolu olan salona dəvət olunmadan daxil olan 4 uşaq atası Sinan E., əvvəlcə rəqs meydançasına çıxaraq qonaqlarla birgə əylənib, tort və içkilərdən dadıb. Daha sonra isə zinət mərasimi zamanı yaxınlıqda dayanaraq 40 min lirə dəyərində olan pul hədiyyələrini saymaq bəhanəsi ilə cibinə qoyub və hadisə yerindən uzaqlaşıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, heç kim ondan şübhələnməyib. Çünki o üzünü ailə yaxınlarından biri kimi aparıb. Hətta bəylə gəlinə su da təklif edib.
Qeyd edək ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Təhlükəsizlik kameraları vasitəsilə şəxsiyyəti müəyyən edilən Sinan E.-nin tutulması istiqamətində əməliyyat tədbirləri davam edir.
Gülbəniz Səfərova