Qubadlıda minik maşını yoldan çıxaraq aşdı
Qubadlıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qubadlı rayonu ərazisində hərəkətdə olan “Kia K3” markalı minik maşını yoldan çıxaraq aşıb
Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı şəxslər – Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır






