media-inshot_20250729_130300209

Sosial şəbəkələrdə iki pişiyin ayrılmaz bağını əks etdirən video izləyicilərin böyük marağına səbəb olub.

Patrulaz.az xəbər verir ki, bir kişi bala pişik seçmək üçün heyvan sığınacağına üz tutub. Seçim zamanı diqqətini cəlb edən qara və boz rəngli iki pişik balasından birini götürmək istəsə də, onların bir-birinə sıx şəkildə bağlandığını görüb.

Pişiklərin bir-birindən ayrılmaq istəməməsi, qucaqlaşaraq bir-birinə sığınmaları görənləri sevincdən kədərləndirib.

Bu mənzərədən təsirlənən şəxs onların ayrılmasına razı olmayaraq, hər iki bala pişiyi saxlamağa götürüb.

Hazırda isə pişiklər birlikdə yeni evlərində xoşbəxt şəkildə yaşayırlar.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bala pişiklərin videoları izlənmə rekordları qırıb.

Həmin maraqlı görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər