Raketlərin kölgəsində yarımçıq qalan uşaqlıq - Uşaqlar yatanda sakit durmaq lazımdır, öləndə yox.
İran və İsrail arasında davam edən qarşıdurma nəticəsində hər iki ölkədə günahsız insanlar, xüsusilə də uşaqlar həyatını itirir.

Müharibə və raket hücumları şəhərləri hədəf alsa da, bu qarşıdurmanın ən ağır nəticələrini bəzən heç bir günahı olmayan uşaqlar yaşayır. Onlar yaşamaq, böyümək və gələcək qurmaq haqqı ilə dünyaya gəlsələr də, müharibə bu haqqı amansız şəkildə onların əlindən alır.

İran və İsraildə həyatını itirən uşaqlar bir daha göstərir ki, müharibənin qalibi olmur. Silahların səsləndiyi yerdə insanlıq susur və ən böyük faciəni gələcəyin sahibləri olan uşaqlar yaşayır. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, bir uşağın həyatını itirməsi bütün insanlıq üçün ağır və unudulmaz itkidir.
Patrul.az






