Ramana qəsəbəsində kanalizasiya suları açıq su kanalına axıdılır – Sakinlər narazıdır - VİDEO
Bakının Ramana qəsəbəsində yerləşən su kanalına kanalizasiya sularının axıdılması ciddi antisanitar vəziyyət yaradıb.
Patrulaz.az-a daxil olan məlumata görə, Ramananın Gülçülük savxozu ərazisində, Mənsur Şərifov küçəsi 168 ünvanında yerləşən ərazidə çirkli sular xüsusi nasoslar vasitəsilə Bakı Su Kanal İdarəsinin balansında olan açıq su kanalına boşaldılır.
Redaksiyamıza təqdim olunan görüntülərdə evlərin arasında yerləşən kanala çəkilmiş boru vasitəsilə çirkab suların birbaşa axıdıldığı açıq-aydın görünür. Nəticədə ətraf ərazi zibilliyə çevrilib, ağır qoxu və sağlamlıq üçün təhlükəli şərait yaranıb.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edərək, kanalın təmizlənməsini və bu antisanitar vəziyyətin tezliklə aradan qaldırılmasını xahiş edirlər.
Gülbəniz Səfərova