Ramazan Kadırovun oğlu qəzaya uğradı - Vəziyyəti ağırdır
Çeçenistanın rəhbəri Ramazan Kadırovun 18 yaşlı oğlu Adəm Kadırov Çeçenistanın paytaxtı Qroznıda avtomobil qəzasına uğrayıb.
Patrul.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəza nəticəsində Kadırovun oğlu da daxil olmaqla, bir neçə nəfər yaralanıb.
Məlumata görə, ağır və huşsuz vəziyyətdə olan A.Kadırov Qroznı Respublika Xəstəxanasına yerləşdirilib.
Onun müalicə üçün Moskvaya aparılması barədə məlumatlar yayılıb.
Qəzaya səbəb A.Kadırovun yüksək sürətlə idarə etdiyi avtomobilinin önünə maneə çıxması olub. Maneə çırpılan avtomobil hərəkətdə olan digər nəqliyyat vasitələri ilə toqquşub.
Qeyd edək ki, qəzanın baş verdiyi Qroznı şəhərində girişin bağlandığı bildirilib.
“Qroznı karantindədir və yeni respublika xəstəxanası bağlıdır. Bütün bunlar ağır vəziyyətdə olan bir nəfərin xatirinədir. O, reanimasiya olunur və Moskvaya daşınmağa hazırlanır”, – deyə qəzayla bağlı yayılan bəyanatda qeyd olunub.

Gülbəniz Səfərova






