media-inshot_20260422_175333546

Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı foto, video və digər rəqəmsal materialların hazırlanmasını xeyli asanlaşdırıb. Lakin bu imkanlar bəzi hallarda sui-istifadəyə də yol açır. Xüsusilə deepfake və manipulyasiya olunmuş kontentin qanunsuz yayılması həm fərdi şəxslərin reputasiyasına zərər vurur, həm də informasiya təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Bu cür materiallar dezinformasiyanın yayılmasına, ictimai rəyin manipulyasiyasına və hətta şantaj hallarına səbəb ola bilər.

Bu kontekstdə sual yaranır: süni intellekt vasitəsilə hazırlanmış foto və digər materialların qanunsuz yayılması kibertəhlükəsizlik baxımından hansı riskləri yaradır və belə halların qarşısını almaq üçün hansı texniki və hüquqi mexanizmlər daha effektiv hesab olunur?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, süni intellektlə hazırlanmış materialların qanunsuz yayılması ciddi risklər yaradır və bunun qarşısını almaq üçün həm texniki, həm də hüquqi tədbirlər vacibdir:

“Süni intellekt vasitəsilə hazırlanmış foto və materialların qanunsuz yayılması ciddi kibertəhlükəsizlik və reputasiya riskləri yaradır. Bu hallarda əsas risklər şəxsi məlumatların ifşası, reputasiya itkisi, deepfake vasitəsilə manipulyasiya və insanların aldadılmasıdır. Xüsusilə ictimai şəxslər və şirkətlər üçün bu daha kritik nəticələrə səbəb ola bilər.

Texniki baxımdan qarşısını almaq üçün rəqəmsal watermarking, kontentin orijinallığını təsdiqləyən AI detection alətləri, platformalarda avtomatik nəzarət mexanizmləri və deepfake aşkarlama texnologiyalarının tətbiqi effektiv hesab olunur. Həmçinin istifadəçilərin maarifləndirilməsi də çox önəmlidir”.

media-img-20260422-wa0034

Mütəxəssis qeyd edir ki, hüquqi mexanizmlərin gücləndirilməsi və operativ müdaxilə bu cür halların qarşısının alınmasında həlledici rol oynayır:

“Hüquqi tərəfdən isə şəxsi məlumatların qorunması qanunları, müəllif hüquqları və kibercinayətkarlıqla bağlı normativ bazanın gücləndirilməsi, eyni zamanda platformaların məsuliyyətinin artırılması vacibdir. Bu tip hallarla bağlı sürətli şikayət və kontentin silinməsi mexanizmləri də effektiv rol oynayır.

Ümumilikdə bu məsələ həm texniki, həm də hüquqi yanaşmanın birlikdə tətbiq olunmasını tələb edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər