media-jjlsleyhhwaik7wk2ql0yow6tkr10of2rlin7taq_1200

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.

Patrulaz.az bu barədə “WarDonbass” “Telegram” kanalına istinadla xəbər verir.

Onun rusiyalıların ünvanına guya təhqiramiz ifadələr işlətməsindən sonra Rusiya pasportundan məhrum edildiyi bildirilir.

Xatırladaq ki, o ötən ilin iyulunda Moskvada keçirilən turnirdə rusiyalı idmançını məğlub edib. Bundan sonra Rzayev digər idmançı Artur Kulinski ilə mübahisə edərək onu “rus donuzu” adlandırıb.

Daha sonra o, Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.


Bənzər xəbərlər