Rihannaya sui-qəsd cəhdi: Ulduz müğənninin malikanəsi gülləbaran edildi
Dünyaca məşhur müğənni Rihannanın Los-Ancelesdəki evinə odlu silahla hücum edilib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ötən gün günorta saatlarında naməlum qadın tərəfindən törədilib.
Polis departamentindən verilən məlumata görə, təxminən 30 yaşlarında olan şübhəli şəxs avtomobilini malikanənin qarşısında saxlayaraq binaya doğru 7 dəfə atəş açıb.
Hadisədən dərhal sonra ərazidən uzaqlaşan şübhəli, polisin keçirdiyi operativ əməliyyat nəticəsində evdən 12 kilometr aralıda saxlanılıb.
İnsident baş verən zaman Rihannanın evdə olduğu bildirilir. Xoşbəxtlikdən, atışma nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar malikanənin yerləşdiyi ərazidə təhlükəsizlik tədbirləri maksimum dərəcəyə çatdırılıb.
Hazırda şübhəlinin kimliyi və hücumu hansı motivlə törətdiyi araşdırılır.
Faktla bağlı genişmiqyaslı istintaq davam edir.
Gülbəniz Səfərova






