“Rosoil”də benzin oyunu – 10 manat deyib, 8 manat yanacaq vurduqları İDDİA OLUNUR - VİDEO
Abşeron rayonunda Xırdalan filalına məxsus olan “Rosoil” yanacaqdoldurma məntəqəsinin fəaliyyətində qanunsuzluq halları aşkarlanıb.
Patrulaz.az-a daxil olan məlumata görə, “Rosoil” yanacaqdoldurma məntəqəsində sürücülərə real məbləğdən aşağı benzin vurulduğu iddia olunur.
Redaksiyamıza təqdim edilən video-kadrlara əsasən, məntəqə işçilərindən biri vətəndaşın nəqliyyat vasitəsinə sifariş ediləndən daha az həcmdə benzin vurub. İddialara görə, sürücü avtomobilinin yanacaq çəninə 10 manatlıq benzin vurulmasını istəsə də, sistemdə yalnız 8 manatlıq yanacaq qeyd olunub.
Hadisə zamanı vətəndaş məsələni soruşduqda, işçi bunu sistemin düzgün işləməməsi ilə izah edib.
Qeyd edək ki, istənilən sistem nasazlığı və ya başqa texniki problem, sürücülərin pulunun mənimsənilməsinə və real məbləğdən az yanacaq verilməsinə heç bir halda bəraət qazandırmır. Bu, həm istehlakçı hüquqlarının, həm də qanunların pozulması deməkdir.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan araşdırma aparılması xahiş olunur.
Gülbəniz Səfərova