media-inshot_20251230_123306301

Xalq artisti Röya Ayxan Yeni il münasibətilə konsert vermək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gedib.

Patrul.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.

Belə ki, xalq artistini əvvəlcə hərbi kursant gül buketi ilə, daha sonra isə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev qarşılayıb.

Müğənni, həmçinin liseyin digər rəhbər üzvləri ilə də görüşüb.

Görüş zamanı Röya ilə birlikdə üzərində “2026-cı il” və Hərbi Liseyin quruluş tarixi – 1971-ci il, həmçinin simvolu əks olunan tort da kəsilib.

Qeyd edək ki, bu konsert Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil olunub.

Həmin görüntüləri təqdim edirik:


Bənzər xəbərlər