media-inshot_20260318_111047110

Rusiya Kabul ilə İslamabad arasında gərginliyin kəskin şəkildə artmasından narahatdır və bunun genişmiqyaslı müharibəyə çevrilə biləcəyini istisna etmir.

Patrul.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov jurnalistlərlə görüşündə məlumat verib.

Mövcud vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən də diqqətlə izlənilir.

Təşkilatın katibliyindən bildirilib ki, tərəflər arasında məzmunlu dialoqun başlanacağına və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll olunacağına ümid edilir.

Əfqanıstan tərəfi isə iddia edir ki, Pakistanın xəstəxanaya endirdiyi son zərbə nəticəsində 400-dən çox insan həyatını itirib.

Moskva münaqişənin həlli üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib. Lakin bunun yalnız hər iki tərəfin rəsmi müraciəti əsasında mümkün olacağı vurğulanıb.

Aynur Nadirqızı


Bənzər xəbərlər