media-inshot_20250723_134553509

Rusiyanın məşhur “Baza” Telegram kanalının baş redaktoru Qleb Trifonov AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı pilotların danışıqlarının stenoqramını dərc etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilir.

Patrulaz.az “BAZA” istintaq işi üzrə ən son məlumatları təqdim edir:

“Baza” telegram kanalının baş redaktoru niyə saxlanılıb?

“Baza”nın baş redaktor Trifonov iyulun 22-də ortadan yoxa çıxmışdı. Onun vəkili Aleksey Mixalçik və ailəsi vəziyyətdən narahat olduqlarını bildirsələr də, sonradan məlum olub ki, Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) onu istintaqa cəlb ediblər. Hazırda o Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Mərkəzi Administrasiyasının binasında saxlanılır və onunla vəkilinin görüşünə icazə verilmir.

media-inshot_20250723_133137558

“BAZA”nın AZAL-a məxsus təyyarə qəzası ilə bağlılığı nədir?

Bir çox Rusiya media orqanları “BAZA”əməkdaşları və baş redaktorunun 2024-cü il 24 dekabr tarixində Azərbaycana məxsus AZAL sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində müəmmalı şəkildə qəzaya uğraması ilə bağlı məxfi məlumatları yaymaqda ittiham olunur.

media-inshot_20250723_133440635

“BAZA” telegram kanalı AZAL-la bağlı hansı məlumatları yayıb?

Baş redaktorun vəkili Aleksey Mixalçik iddia edir ki, “BAZA”nın yayımladığı stenoqramda pilotların qəza öncəsi qərarları – Qroznıya enməmək, Mahaçqaladan imtina, Bakıya qayıdış və son olaraq Aktauya yönəlmək ekipaj tərəfindən müstəqil şəkildə qəbul olunub. Həmçinin, pilotların səs yazılarında göyərtədə partlayan qaz balonu və quşlarla toqquşma versiyaları da səsləndirilib. Yazılardan da belə çıxır ki, pilot təyyarədə fövqəladə vəziyyət elan etməsə də, təyyarəyə xarici təsir olub.

Xatırladaq ki, iyulun 22-də Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) “Baza”nın redaksiyasında və baş redaktorun mənzilində axtarışlar aparmağa başlayıb.

media-inshot_20250723_133700002

“BAZA”nın baş redaktoru AZAL-la bağlı gizli məlumatların ötürülməsində ittiham olunur…

Müstəntiqlər bildiriblər ki, “Baza”nın baş redaktoru Trifonovla bağlı məxfi məlumatların ötürülməsi üzrə şübhələr var. O, Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi ( vəzifə səlahiyyətlərindən sui-istifadə) ittihamı ilə dindirilir.

İstintaqın iddiasına görə, naməlum hüquq-mühafizə əməkdaşları Trifonova məxfi məlumatları ötürüblər və bu məlumatlar daha sonra “Baza”da dərc edilib. İddiaya görə, sözügedən məlumat AZAL təyyarəsi ilə bağlı olub.

media-inshot_20250723_125651932

Prezident İlham Əliyevin AZAL təyyarə qəzası ilə bağlı açıqlaması

2025-ci il iyulun 19-da Prezident İlham Əliyev Xankəndidə keçirilən Şuşa Media Forumunda çıxışı zamanı bildirib ki, Azərbaycan bu qəza ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq üçün sənədlər hazırlayır. Dövlət başçısı Rusiyanın məsuliyyəti üzərinə götürməsini, həlak olanların ailələrinə təzminat ödənilməsini və AZAL-a dəymiş ziyanın qarşılanmasını tələb edib.

media-maxresdefault-4

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus Embraer 190 sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i ölüb, 29-u sağ qalıb.

media-inshot_20250723_125444626

Qeyd edək ki, “Baza” Rusiyada istintaq və təhqiqat materiallarını yayımlayan nüfuzlu müstəqil media platformalarından biridir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər