media-img_7882

Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Rusiya və Ukrayna 175 əsir dəyişdirib. Bildirilib ki, Rusiya da ağır yaralanmış 22 ukraynalı məhbusu geri qaytarıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, dəyişdirilən rus əsgərlərinin hazırda Belarus ərazisində olduğu və əsgərlərə lazımi psixoloji və tibbi yardım göstərildiyi bildirilib. Qeyd olunub ki, azad edilən bütün əsgərlər müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinə tabe olan tibb müəssisələrinə aparılacaq. Mübadilədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçilik etdiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Ukraynada atəşkəslə bağlı telefon danışığı olub. Kreml Sarayından verilən açıqlamada, Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturuna qarşı hücumları qarşılıqlı olaraq dayandıracağı, iki tərəfin qarşılıqlı olaraq 175 əsiri mübadilə edəcəyi, Rusiyada tibb müəssisələrində müalicə alan ağır yaralı Ukrayna əsgərlərinin xoş niyyət əlaməti olaraq geri qaytarılacağı bildirilib.


Bənzər xəbərlər