Rusiyada müdafiə sənayəsinin rəhbərinə qarşı sui-qəsdin qarşısı belə alındı - VİDEO
Rusiya Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyat orqanlarının Rusiya müdafiə sənayesi müəssisələrindən birinin rəhbərinə qarşı planlaşdırdığı sui-qəsdin qarşısını alıb.
Patrulaz.az “SHOT”da yayılan məlumata əsasən xəbər verir ki, qurumun yaydığı məlumata görə, təqaüdçü qiyafəsində hərəkət edən iki qadın və bir kişi hədəfin gündəlik rejimini izləyərək Ukraynanın Baş Kəşfiyyat İdarəsinə məlumat ötürüblər.
Məlumata görə, onların planı müəssisə rəhbərinin avtomobilini partladmaq olub. Bu məqsədlə şəhər qəbiristanlığında partlayıcıların saxlanıldığı gizli anbar yaradılıb. Onlardan biri isə PUA vasitəsilə avtomobilin altına bomba yerləşdirməyə cəhd göstərib.
FSB-nin xüsusi əməliyyatı nəticəsində şübhəlilər saxlanılıb. Onlara qarşı terror aktının hazırlanması və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb. İstintaq çərçivəsində şübhəlilərə terror təşkilatında iştirak və dövlətə xəyanət maddələrinin də əlavə olunacağı gözlənilir.






