Rusiyada polis əməliyyatı zamanı 300 nəfər saxlanıldı - VİDEO
Moskvada hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı 300 nəfər immiqrasiya qaydalarını pozduqları şübhəsi ilə saxlanılıb.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, əməliyyat Rusiya Milli Qvardiyasının Moskva üzrə Baş İdarəsinin OMON dəstəsinin “Avanqard” qrupunun iştirakı ilə şəhər mərkəzində yerləşən hostellərdən birində həyata keçirilib.
Saxlanma prosesini əks etdirən görüntülərə əsasən, məsələ barəsində Rusiya Milli Qvardiyasının şəhər üzrə baş idarəsinin mətbuat xidmətindən açıqlama verilib:
“300 vətəndaş immiqrasiya qanunlarını pozmaqda şübhəli bilinərək saxlanılıb və əlavə araşdırma üçün polis bölməsinə aparılıb”.
Əməliyyat zamanı ümumilikdə 400 nəfər əcnəbi vətəndaşın sənədləri – miqrasiya kartları, pasportları və iş icazələri yoxlanılıb.
Qeyd edək ki, son aylar Rusiya paytaxtında qanunsuz miqrasiya ilə bağlı nəzarət tədbirləri intensivləşdirilib.






