media-53e11f548adaa495145ca6d0c6609a88

İyulun 4-də Rusiya Federasiyasının Orenburq şəhərində yerləşən Leninski Rayon Məhkəməsi kriminal aləmdə “Zaur Naxçıvanski”  ləqəbi ilə tanınan 39 yaşlı azərbaycanlı Zaur Şipilov barəsində həbs-qətimkan tədbiri seçib.

Patrulaz.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, 2025-ci il sentyabrın 3-dək istintaq təcridxanasında saxlanılacaq. Qeyd olunur ki, məhkəmə qərarından apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, Zaur Naxçıvanski məşhur kriminal avtoritet Bayram Talıbovun oğludur.  O vaxtilə Rövşən Lənkəranskinin “xaç oğlu” (mənəvi oğlu) kimi də tanınıb.

O bundan əvvəl – 2015-ci ildə də Moskvada narkotik vasitə saxlama itihamı ilə 3 il müddətinə həbs edilmişdi.


Bənzər xəbərlər