Rusiyalı aparıcıdan təhdid: "Rusiyanın Ukrayna qaz stansiyasına zərbəsi Bakıya ünvanlanmış siqnaldır"
Rusiyalı teleaparıcı Ruslan Ostaşko Ukraynaya Azərbaycan qazının ixracı ilə bağlı yayılan xəbərlərə təhdid xarakterli açıqlama verib.
Patrulaz.az “Bez Tormozov”a əsasən xəbər verir ki, aparıcı Rusiyanın bu gün Ukraynanın Odessa vilayətində yerləşən və Azərbaycan qazının nəql olunduğu Orlovka qaz ötürücü stansiyasına zərbə endirməsini birbaşa “Bakıya ünvanlanmış siqnal” adlandırıb.
Ostaşkonun sözlərinə görə, Rusiya Azərbaycanın enerji sahəsində ondan yan keçməsinə göz yummayacaq.
Bu açıqlama bir daha göstərir ki, Rusiya mediası Azərbaycanla bağlı mövqeyində təzyiq və təhdid ritorikasını davam etdirir.
Qeyd edək ki, son dövrlərdə rusiyalı tanınmış aparıcılar və ekspertlər Azərbaycana qarşı təxribat və təhdid xarakterli ifadələr işlədirlər.
Gülbəniz Səfərova






