media-9e9abeac-de5b-4ab0-a936-b6f8ee067d83

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi ən ağır raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində azı 9 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, hücum zamanı 11 ballistik raket, 55 qanadlı raket və 145 pilotsuz uçuş aparatı ölkənin müxtəlif bölgələrinə atılıb. Rusiya tərəfinin hücumları Kiyevlə yanaşı digər regionlara da ciddi ziyan vurub.

Ukrayna Prezidenti Volodimir Zelenski baş verənlərə cavab olaraq planlaşdırılan Cənubi Afrika səfərinin bir hissəsini ləğv edib. Lakin onun hələ də Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüşəcəyi bildirilir.

Həmçinin, ABŞ Prezidenti Donald Tramp da Zelenskinin son açıqlamalarını sərt şəkildə tənqid edib. Tramp bildirib ki, Zelenski Krımın Rusiya tərəfindən işğalını qəbul etməyəcəyini deyərək sülh danışıqlarını çətinləşdirir. Bu bəyanat, yalnız müharibənin uzanmasına səbəb olacaq.

Qeyd edək ki, Zelenski daha əvvəl Krımın işğalını tanımayacaqlarını və ərazi bütövlüyündən geri çəkilməyəcəklərini bəyan etmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər