media-img_7175

Sabunçu rayonu, Bəhruz Kəngərli küçəsində uzun müddətdir ki, sahibsiz itlər gecə-gündüz küçədə sərbəst şəkildə gəzir. Bu ərazi yaşayış sahəsi olduğu üçün burada körpə uşaqlar oynayır, sakinlərin gediş-gəlişi kifayət qədər çoxdur. Ətrafda iaşə obyektləri və mağazalar yerləşdiyi üçün vəziyyət daha da ciddiləşir.

Sakinlərin Patrulaz.az-a bildirdiyinə görə, heyvanları sevmələrinə baxmayaraq, əgər bu vəziyyət insanların, xüsusilə uşaqların həyatı üçün təhlükə yaradırsa, artıq tədbir görülməlidir. Küçədə hərəkət edən avtomobillərin arxasınca qaçan, insanlara hücum edən və hürən itlər ciddi narahatlıq doğurur.

Hazırda müşahidə olunan vəziyyətin “ən sakit hal” olduğunu deyən sakinlər, yaxın gələcəkdə daha dəhşətli hadisələrin baş verə biləcəyindən ehtiyat edirlər. “İt uşağı parçaladı”, “Yaşlı qadın quduz itin qurbanı oldu” kimi başlıqların mətbuatı zəbt etməsi an məsələsi ola bilər.

Sakinlər aidiyyəti qurumlardan bu məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.


Bənzər xəbərlər