media-photo-output

Xəzər rayonunun Şağan qəsəbəsi, Əliyar Əliyev 26 ümvanındakı küçədə sakinlərdən biri həyətindəki çənini doldurduqdan sonra artıq suyu birbaşa küçəyə axıdaraq ərazini gölə çevirib.

Patrulaz.az-a daxil olan görüntülərdən aydın olur ki, fərdi yaşayış evlərindən birinə məxsus su çənindən turbalar vasitəsilə istiqamətləndirilərək su naporla küçəyə axıdılır. Nəticədə, küçə palçıq içində qalıb, avtomobillər isə ərazidən keçməkdə çətinlik çəkir.

Sakinlərin sözlərinə görə, bu vəziyyət onların da gündəlik hərəkətinə əngəl törədir.

Şikayətini redaksiyamıza bildirən Şağan sakini qeyd edib ki, qonşusu çənini doldurduqdan sonra qalan suyu bilərəkdən küçəyə axıdır:

“Şağan kəndinin sakinləri bu evin ucbatından yolu rahat keçə bilmir. Xüsusilə qış aylarında bu ərazi tamamilə gölə çevrilir. Bəzən 7-8 saat fasiləsiz olaraq küçəyə su axıdılır”.

Onun sözlərinə görə, yaxınlarda küçəyə kanalizasiya sistemi çəkilsə də, suyun həddindən artıq çox olması problemi həll etməyib.

Qeyd edək ki, məsələ ilə bağlı Xəzər Rayonu, Şağan Bələdiyyəsinə müraciət edilib. Lakin indiyədək məsələ barəsində heç bir tədbir görülməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər