media-inshot_20250729_154730228

Bu gün saat 13 radələrində Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az “Oxu.Az”a istinadla xəbər verir ki, “Ford Transit” avtomobili yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” avtomobillərinə dəyib.

Nəticədə VAZ-ın sərnişini, hadisə zamanı nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bənzər xəbərlər