“Samsung”un yeni Galaxy cihazlarını təqdim edəcəyi tarix BƏLLİ OLDU
“Samsung Electronics” şirkəti süni intellektlə təchiz olunmuş yeni Galaxy qurğularını 9 iyulda ABŞ-nin Nyu-York şəhərinin Bruklin bölgəsində keçiriləcək “Unpacked” tədbirində təqdim edəcək.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, “Samsung” Galaxy AI funksiyaları ilə təchiz olunmuş, süni intellekti istifadəçi təcrübəsinin mərkəzinə yerləşdirən yeni nəsil cihazlar üzərində çalışır. Artıq smartfonlar sadəcə tətbiqlər və vasitələr toplusu deyil, istifadəçilərin ehtiyaclarını anlayan və onlara dərhal cavab verən rəqəmsal köməkçilərə çevrilməkdədir.
Yeni Galaxy qurğuları süni intellektlə yenidən dizayn edilmiş istifadəçi interfeysi və yüksək səviyyəli texniki göstəriciləri ilə seçiləcək. Galaxy AI texnologiyası ilə təchiz edilmiş bu cihazların insanların texnologiya ilə qarşılıqlı əlaqəsini fərqli bir mərhələyə daşıması hədəflənir.
Tədbir Mərkəzi Avropa vaxtı ilə saat 17:00-da “Samsung”un rəsmi internet saytı və “YouTube” kanalı üzərindən canlı yayımlanacaq.
Ləman Sərraf






