media-photo-output

Gündəlik istehlak səbətində xüsusi çəkisi böyük olmayan, lakin bazarda daim rast gəlinən məhsullar var. Saqqız kimi aşağı dəyərli məhsullar da məhz bu kateqoriyaya daxildir. İlk baxışdan cüzi məbləğlərdən söhbət getsə də, bu tip məhsulların kütləvi idxalı uzunmüddətli perspektivdə müəyyən iqtisadi təsirlər yarada bilər. Xüsusilə valyuta ehtiyatlarının qorunması, yerli istehsalın stimullaşdırılması və istehlak vərdişlərinin formalaşması fonunda bu cür məhsulların ölkəyə gətirilməsi diqqət çəkir.

Bəs saqqız kimi aşağı dəyərli məhsulların idxalı valyuta axını baxımından nə dərəcədə məqsədəuyğundur?

Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, saqqızı xaricdən almaqdansa, təşviq və dəstək siyasəti ilə yerli iş adamlarına Azərbaycanda istehsal üçün şərait yaradılmalıdır:

“Bu məsələ elə də ciddi müzakirə mövzusu deyil, çünki saqqıza xərclənən valyuta çox azdır. Yəni ölkəyə il ərzində nə qədər saqqız məhsulu gətirilə bilər ki, olsun 10–15 milyon dollarlıq. Bu da böyük məbləğ deyil. Amma ehtiyac varsa və insanlar alırlarsa, idxal edilir, alan olmasa, heç kim də gətirməz. Ona görə də bu məsələyə başqa yöndən baxmaq lazımdır. Saqqız istehsalı çox bəsit bir sahədir. Xaricdən almaqdansa, təşviq və dəstək siyasəti yürütməklə yerli iş adamlarına bu məhsulu Azərbaycanda istehsal etməyə şərait yaradılmalıdır. Bu, o qədər də çətin bir iş deyil”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər