media-inshot_20250828_193421539

Məşhur türkiyəli müğənni İrem Derici evlilik mərhələsində olduğu dönəmdə başından ağır xəsarət alıb.

Patrulaz.az “Sondakika.com”a istinadla xəbər verir ki, başını mənzilin pilləkanına vuran müğənniyə 10 tikiş qoyulub.

Xatırladaq ki, İrem Derici son dövrlərdə səhhətdəki problemləri ilə də gündəmdə idi. O, boğaz və qulaq infeksiyası səbəbilə xəstəxanaya müraciət etmişdi.

Qeyd edək ki, baş vermiş qəza və səhhətindəki problemləri səbəbindən müğənni qarşıdakı iki konsertini ləğv etmək məcburiyyətində qalıb.


Bənzər xəbərlər