media-inshot_20250812_204504919

Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub.

Patrulaz.az xəbər verir ki, “Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.


Bənzər xəbərlər