media-inshot_20260318_180310075

ABŞ-nin Ohayo ştatının səmasında iri meteorit partlayıb.

Patrul.az xəbər verir ki, bu barədə NBC News NASA-ya istinadən məlumat yayıb.

NASA-nın bölmə rəhbəri Bill Kukun sözlərinə görə, alov topu təxminən saatda 72 min km sürətlə hərəkət edib. Onun diametri təxminən 1,8 metr, çəkisi isə 7 ton olan kiçik asteroid tərəfindən yarandığı bildirilib. Səma cismi atmosferin yuxarı qatlarında təxminən 55 km məsafə qət etdikdən sonra parçalanıb.

Qeyd olunur ki, parçalanma zamanı 250 ton trotilə ekvivalent enerji ayrılıb ki, bu da güclü səs dalğalarına və partlayışlara səbəb olub. Bəzi qalıqların Medina dairəsi ərazisinə düşdüyü ehtimal edilir.

Bölgə sakinləri “indiyədək eşitdikləri ən güclü partlayış” və “bir neçə səs zərbəsi” barədə danışıblar. Şahidlər həmçinin, səhər saat 09:00-da (Bakı vaxtı ilə 20:00) səmada hərəkət edən alov topunu və parlaq işıq zolağını qeydə alıblar.

Amerika Meteorlar Cəmiyyəti 10 ştatdan, o cümlədən İllinoys, Kentukki, Nyu-York, həmçinin, Vaşinqton və Ontario daxil olmaqla ümumilikdə, 140 şahid məlumatı əldə edib.

Martın 9-da “DPA” xəbər agentliyi Almaniyanın Reynland-Pfalts əyalətində meteorit fraqmentlərinin damları zədələdiyini bildirib. Meteoritin hissələri Martın 8-də Gyulz bölgəsinə düşüb.

Həmin gün Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası qeyd edib ki, Avropanın üzərindən uçaraq Almaniyada parçalanmış meteoritin diametri 3 metrə qədər ola bilərdi.

Qeyd edilib ki, meteorit parça daha əvvəl təxminən 80 km yüksəklikdə Yer atmosferinə daxil olub və təxminən 10 saniyə ərzində müşahidə edilib.

Aynur Nadirqızı


Bənzər xəbərlər