“Sən sənətinlə yox, corabla tanınmısan” – Nüşabə Musayevadan Ofelyaya SƏRT SÖZLƏR
Müğənni Nüşabə Musayeva aparıcı Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan “5 gün” verilişində həmkarı Ofelya Şabanova ilə bağlı sərt açıqlamalar verib.
Patrul.az xəbər verir ki, sənətçi veriliş zamanı aralarında mübahisə yaşandığını bildirdiyi Ofelya Şabanova barədə qalmaqallı fikirlər səsləndirib.
N.Musayeva Ofelyanın həm sənətini, həm də şəxsi həyatını tənqid edərək deyib:
“Sən əxlaqdan, ailə dəyərlərindən danışıb camaata örnək ola bilməzsən. Qeyrətli analarımız, bacılarımız var, onların əllərindən öpürəm. Sənin qeyrətin evində, ərinin yanında lazımdır”.
Müğənni bildirib ki, Ofelya nə qədər oxusa da, onun kölgəsində qalacaq:
“Bu gün gözəl ifa edə bilərsən, kimisə təqlid edə bilərsən, lap möhtəşəm sənəd də göstərə bilərsən. Yenə də maraqsızsan. Sənin zirvən bilmirəm hansı ölçüdədir. Lap belə əsərlər oxu, yenə də mənim kölgəmdə sönük qalacaqsan. Bu mənim problemim deyil. Get öz yaşıdlarınla, ev yıxıb ailə dağıdan insanlarla məşğul ol”.
N.Musayeva sözlərinin davamında daha da sərtləşərək xəbərdarlıq edib:
“Ağıllı ol, həddini və yerini bil. Bu sənə son xəbərdarlığımdır. Get işinlə məşğul ol. Hər şeyin vaxtı və zamanı var. Onun elə bir maskası var ki, mən onu açacam”, – deyə sənətçi bildirib.
Qeyd edək ki, Ofelya Şabanova daha əvvəl qonaq olduğu “Rəngarəng” verilişində müğənni Nüşabə Musayeva ilə qalmaqal yaşamışdı. Onun “Mən olan yer zirvədir” ifadəsindən sonra telefon zəngi vasitəsilə verilişə qoşulan N.Musayeva ilə aralarında söz davası yaranmışdı.
Həmin vaxt N.Musayeva Ofelyaya ünvanlı olaraq “Mənim rəqsim sənin ifandan daha çox baxılır” ifadəsini işlətmişdi.






