Şərləyən sürücünün görüntüləri yayılıb – Videosübut
Bəzi sosial şəbəkə səhifələrində Bakıda “Kamaz” markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı qərəzli iddialar yayılıb.
DYP-dən Patrulaz.az-a verilən məlumata görə, sözügedən şəxs əslində özünə xəsarət yetirib, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edir.
Bildirilib ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə “saxla” işarəsi verilib. Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.
Görüntüləri təqdim edirik: