media-photo-output

Patrul.az olaraq bir müddət əvvəl Binə Atçılıq-Koroğlu marşrutu üzrə hərəkət edən, 77 CT 341 dövlət qeydiyyat nişanlı 169 nömrəli avtobusun sürücüsünün təhlükəli davranışı ilə bağlı məlumat yaymışdıq.

Vətəndaş tərəfindən redaksiyamızın qaynar xəttinə göndərilən məlumata görə, sürücü aeroport yolunda ikinci və üçüncü zolaqlarla hərəkət etdiyi zaman da mobil telefona baxaraq nəqliyyat vasitəsini idarə edib. Bildirilirdi ki, sərnişinlərin dəfələrlə irad bildirməsinə baxmayaraq, sürücü bu davranışını davam etdirib və bu hal həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına alıb.

Patrul.az-ın əldə etdiyi məlumata görə, sözügedən avtobusun sürücüsü Xəzər Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində qanunamüvafiq tədbir görülüb.


Bənzər xəbərlər