media-inshot_20251211_104354731

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Ağdam təmsilçisi “Qarabağ” ilə Niderlandın “Ayaks” klubu qarşılaşıb.

Patrul.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunu Qadın və Uşaq Sığınacağında qalan azyaşlı bir uşağın təkbaşına izləməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Paylaşımda qeyd olunub ki, futbolu çox sevən uşaq həmin gün xüsusi icazə alaraq oyuna baxıb və matçdan sonra yatacağı bildirilib.

Xatırladaq ki, dekabrın 10-da baş tutan “Qarabağ” – “Ayaks” qarşılaşması 2:4 hesabı ilə Niderland təmsilçisinin xeyrinə başa çatıb.

Matç ərzində “Qarabağ” rəqibin cərimə meydançasına 35 dəfə daxil olub, 16 dəfə qapıya zərbə endirsə də, qələbə qazanmağa nail olmayıb.


Bənzər xəbərlər