ŞİKAYƏT! “Ən çox əlillərin üz tutduğu "ASAN xidmət"də əlillərə uyğun WC yoxdur” - VİDEO
1-ci qrup əlil, Vətən müharibəsi qazisi Alı Azər Qədirli 1 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün uyğun şəraitin yaradılmadığından şikayətlənib.
Patrulaz.az-a açıqlama verən qazinin sözlərinə görə, o, mərkəzə xidmət üçün müraciət etdikdə, əlillərə uyğun WC sisteminin olmadığını görüb:
“1 saylı “ASAN xidmət”ə getdim, lakin orada əlillər üçün WC olmadığını gördüm. Halbuki bura Yaşat Fonduna görə ən çox əlillərin üz tutduğu məkandır”, – deyə Alı Qədirli bildirib.
Gülbəniz Səfərova






