Şimali Makedoniyada bayraqlar yarıya qədər endirilib
Şimali Makedoniyanın şərqində yerləşən Koçani şəhərində 59 nəfərin həyatını itirdiyi gecə klubunda baş verən yanğından sonra ölkədə 7 günlük milli matəm elan edilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin milli matəm elan etməsindən sonra ölkədə dövlət qurumlarında və ictimai yerlərdə bayraqlar yarıya qədər endirilib.
Martın 16-da yerli vaxtla saat 03:00-da paytaxt Skopyedən təxminən 100 kilometr aralıda yerləşən Koçanidəki gecə klubunda pirotexniki material yanğına səbəb olub.
Yanğın zamanı 59 nəfər ölüb, 22-si ağır olmaqla 155 nəfər xəsarət alıb. Yaralılardan 9-u Türkiyə tərəfindən müalicə üçün göndərilən təcili yardım təyyarələri ilə dünən gecə İstanbul və Ankaraya aparılıb.