Şizofreniya ilə mübarizədə ümid verə biləcək heyvan müəyyən edilib
Fransız alimlər Lama heyvanının anticisimlərinin şizofreniya simptomlarının aradan qaldırılmasında effektiv olduğunu müəyyən ediblər.
Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, həkimlərin hazırladığı “nanobody” adlı zülal beyin maneəsini keçərək sinir sistemindəki pozğunluqları yaxşılaşdırır.
Funksional Genomika İnstitutunun tədqiqatçıları nanobodinin venadaxili və ya əzələdaxili tətbiqindən sonra beyin reseptorlarına çata bildiyini və siçanlar üzərində aparılan testlərdə koqnitiv funksiyalarda əhəmiyyətli yaxşılaşma müşahidə etdiklərini bildiriblər. Təsir yalnız bir inyeksiya ilə başlayıb və bir həftə davam edib.
Tədqiqatın rəhbəri, professor Jan-Marik Lero bu ifadələri işlədib:
“Bu nanobodinin beyin funksiyalarını bərpa etmək potensialı, şizofreniya müalicəsində yeni dövrün başlanğıcı ola bilər”, -deyə o vurğulayıb.
Qeyd edək ki, şizofreniya ciddi və xroniki psixi xəstəlik olmaqla, genetik və ətraf mühit faktorlarının qarşılıqlı təsirindən yaranır. Bu xəstəlik üçün hazırda tam müalicə yoxdur, ancaq simptomların idarə olunması üçün müxtəlif terapiya metodları tətbiq edilir.
Fransız tədqiqatçılar yeni “nanobody” əsasında klinik sınaqların yaxın zamanda başlayacağını bildirirlər.
Həmin heyvanın fotosu







