media-img-20260723-wa0006

Bakıda 211 nömrəli marşrut avtobusunda sürücü ilə azyaşlı övladı üçün nəzərdə tutulmuş skuterlə avtobusa minmək istəyən qadın arasında mübahisə yaşanıb.

Patrul.az xəbər verir ki, sürücü mövcud qaydalara əsasən skuterlə avtobusa minməyin mümkün olmadığını bildirərək buna etiraz edib. Qadın isə havanın həddindən artıq isti olduğunu, skuterin azyaşlı övladına məxsus olduğunu və uşağın autizmli olduğunu deyərək vəziyyətini izah etməyə çalışıb.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sürücünün qüvvədə olan qaydalara uyğun hərəkət etdiyini bildirirlər. Digərləri isə xüsusi qayğıya ehtiyacı olan uşaqların və onların ailələrinin üzləşdiyi çətinliklərin nəzərə alınmasının vacibliyini vurğulayırlar.

Hadisə bir daha qaydalarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin gündəlik həyatını asanlaşdıracaq həll yollarının zəruriliyi ilə bağlı müzakirələri gündəmə gətirib.


Bənzər xəbərlər