Söküntü işləri ətrafdakı insanlar üçün təhlükə yaradır – VİDEO
Bakı səhəri, Təbriz küçəsi 61 ünvanında yerləşən “Şuşa” restoranının söküntüsündən sonra ərazidə toz-duman yaranıb.
Patrulaz.az-a verilən məlumatda vətəndaşlar bildirir ki, havaya yayılan toz kütləsi küçələri bürüyərək, nəfəs almağı çətinləşdirir və ətraf mühitə ciddi ziyan vurur.
Nəzərinizə çatdırırıq ki, söküntü işləri zamanı lazımi tədbirlər görülmədikdə, ətrafdakı insanların sağlamlığı üçün təhlükə yarana bilər. Toz və tikinti qalıqları havanın keyfiyyətini aşağı salaraq ekologiyaya mənfi təsir göstərir. Sakinlər faktla bağlı aidiyyatı qurumlara müraciət edərək, tozun qarşısının alınması üçün tədbirlərin görülməsini xahiş edirlər.