"Somalinin Azərbaycan təcrübəsinə çox böyük marağı və ehtiyacı var"- ŞƏRH EDİLDİ
“Somali dövləti Afrikada öz imkanlarını genişləndirən və inkişaf edən ölkədir. Bu gün Somalinin Azərbaycan təcrübəsinə çox böyük marağı və ehtiyacı var. Somali Prezidentinin ölkəmizə iki gün davam edən səfəri baş tutdu. Belə ki, Somali Azərbaycanla çoxtərəfli və çoxvektorlu əməkdaşlıq etmək istəyir. Hər iki ölkə rəhbərinin mətbuata verdiyi birgə bəyanatlarda da Azərbaycan-Somali əlaqələrinin daha da inkişaf etdirilməsi və perespektivlərin təkmilləşdirilməsi ilə bağlı razılaşma əldə edildi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Somali bu gün Azərbaycanın həm idarəetmə potensialını mənimsəyir, həm də Somalinin Azərbaycan müdafiə sənayesi məhsullarına çox böyük marağı var: “Bu baxımdan Somali rəhbərinin Azərbaycana səfərində də ölkəmizin müxətlif potensialını tətbiq etmək və öyrənmək üçün çox böyük imkanlar mövcuddur. Bu gün Azərbaycanın siyasi nüfuzunun artması dünyanın fərqli coğrafiyalarından ölkəmizə marağın artmasına səbəb olur. Somali və Azərbaycan dövlət başçıları mətbuata verdikləri birgə bəyanatlarda iki ölkə arasındakı görüşlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar”.