media-inshot_20251024_121731750

Soyuducu yeməkləri xarab olmamasını təmin edən mühüm vasitədir. Lakin bəzi qidalar var ki, soyuducuda belə uzun müddət qaldıqda xarab olur və nəticədə zəhərlənməyə yol açır. Soyuducuda düzgün saxlanılmayan qidalar da qida zəhərlənməsi riskini artırır.

Patrulaz.az soyuducuda qalsa da, zəhərlənmə riski yaradan qidaları təqdim edir:

Ət və ət məhsulları

media-inshot_20251024_120006761

Ət, toyuq və mal əti məhsulları düzgün paketlənmədikdə və ya uzun müddət saxlanıldıqda bakteriyalar sürətlə çoxalır. Xüsusilə çiy ət ilə hazır yeməklərin bir-birinə toxunması salmonella və listeriya kimi təhlükəli mikrobların yayılmasına səbəb ola bilər.

Süd və süd məhsulları

media-inshot_20251024_120211852

Süd, qatıq, pendir və digər süd məhsulları açıq saxlanıldıqda mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaradır. Xüsusilə yumşaq pendirlər və içmə südünün tez xarab olma ehtimalı yüksəkdir.

Yumurtalar

media-inshot_20251024_120346811

Yumurtalar soyuducuda temperatur dəyişikliklərinə məruz qalarsa, salmonella riski artır. Yumurtaları qabığında və ayrı konteynerdə saxlamaq, həmçinin təzə istehlak etmək vacibdir.

Hazır salatlar və kəsilmiş meyvələr

media-inshot_20251024_120648585

Kəsilmiş tərəvəz və meyvələr, eləcə də hazır salatlar tez xarab olur və bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Onları mümkün qədər tez istehlak etmək və hermetik qabda saxlamaq tövsiyə olunur.

Qalıq yeməklər

media-inshot_20251024_121111719

Sobadan çıxan isti yeməkləri soyuducuya birbaşa qoymaq və ya uzun müddət saxlanılması qidaların toksin istehsal etməsinə səbəb ola bilər. Yeməkləri hava keçirməyən qabda və soyuducu temperaturuna uyğun saxlamalıdır.

Bir sözlə, soyuducuda qidalar düzgün temperaturda saxlanılmalı, paketləri sıx bağlanılmalı və istifadə müddətinə diqqət yetirilməlidir. Həmçinin, soyuducuya çoxlu sayda isti qida qoymaqdan çəkinmək və qida təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir.


Bənzər xəbərlər