Stressin bədənə verdiyi 7 gizli zərər
İnsanlar gün ərzində müxtəlif proseslərdə iştirak etdikləri üçün ailədaxili münasibətlər, iş mühiti və dost çevrəsindəki gərgin və ya müsbət münasibətlər onların emosional vəziyyətinə birbaşa təsir göstərir. Bütün bunlar insanın daxili dünyasında istər-istəməz stresin yaranmasına səbəb olur. Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən stress təkcə psixoloji deyil, həm də fiziki sağlamlığa ciddi zərər vurur.
Patrulaz.az-ın məlumatına əsasən, uzunmüddətli gərginlik orqanizmdə bir sıra gizli fəsadlara səbəb olur.
Ürək-damar problemləri
Stress zamanı qanda adrenalin artır, bu da təzyiqin yüksəlməsinə və ürək döyüntülərinin sürətlənməsinə gətirib çıxarır.
İmmunitet zəifləyir
Gərginlik orqanizmin müdafiə sistemini zəiflədir, nəticədə insan tez-tez soyuqlayır və infeksiyalara qarşı həssas olur.
Həzm sistemi pozulur
Stress mədə turşusunu artırır, bu isə mədə yanması, qaz və həzm problemlərinə yol açır.
Dəri problemləri
Uzunmüddətli əsəb gərginliyi dəri səpkiləri, sızanaq və quruluq kimi problemləri gücləndirir.
Yuxu pozğunluğu
Stress beyin fəaliyyətini aktiv saxladığı üçün yuxuya getmək çətinləşir və yuxusuzluq yaranır.
Yaddaş zəifləyir
Araşdırmalara görə, daimi narahatlıq beynin diqqət və yaddaş mərkəzlərinə mənfi təsir göstərir.
Hormon disbalansı
Xroniki stress bədəndə kortizol hormonunu artırır, bu da çəki artımı, saç tökülməsi və menstrual problemlərlə nəticələnir.
Göründüyü kimi, stress birbaşa insanın orqanizimində mənfi dəyişikliklərin yaranmasına gətirib çıxarır. Ondan qorunmaq üçün gündəlik fiziki aktivlik, təmiz havada gəzişmək, kifayət qədər yuxu və müsbət düşüncə əsas amillərdəndir.






