Süfrəmizdəki "Gizli plastik" - Biz hər gün nə yeyirik?
Hamımız elə bilirik ki, plastik sadəcə zibil qutusuna atdığımız butulkadır. Amma Patrul.az-ın araşdırmasına görə, plastik artıq bizim qanımızda, ağciyərimizdə və hətta beynimizdədir. Bəs bu bədənimizə necə girir? Gəlin, gündəlik tələlərə baxaq:
“Paket Çay” Yoxsa “Plastik Şorbası”?
Səhər tezdən işdə bir paket çay dəmləyirsən. Elə bilirsən o paket kağızdır? Xeyr! O paketlərin çoxu istidə dağılmasın deyə plastik liflərlə bərkidilir.
Nə baş verir? Sən o paketi 100 dərəcəlik suya salanda, milyardlarla gözlə görünməyən plastik hissəcik (mikroplastik) suya qarışır.
Sən dadlı çay içdiyini sanırsan, əslində isə bədəninə “plastik yağışı” yağdırırsan.
Mikrodalğalı Soba və “Öldürən” Plastik Qablar
Dünəndən qalan yeməyi plastik qabda sobaya qoyub isidirsən? Dayan!
Plastik qab isinəndə “tərləyir” və tərkibindəki zəhərli kimyəvi maddələri birbaşa yeməyə ötürür.
Bu maddələr bədəndə hormonları qarışdırır. Kişilərdə və qadınlarda sonsuzluğun, uşaqlarda isə vaxtından tez böyümənin (hormonal pozuntunun) ən böyük səbəbi budur.
“Kredit Kartı” yeyirik?
Alimlərin hesablamasına görə, bir insan həftə ərzində fərqinə varmadan orta hesabla bir kredit kartı çəkisi qədər (5 qram) plastik udur. Bu plastik haradan gəlir?
Plastik butulkadakı sudan;
Plastik lövhə üzərində kəsilən çörəkdən və ətdən;
Hətta dənizdən tutulan balıqdan (çünki dənizlər plastiklə doludur).
Plastik ucuz və rahatdır, amma bədənimiz onu həzm edə bilmir. O hissəciklər damarlarımızda tıxac yaradır və bizi içəridən çürüdür. Bu gün bir plastik butulkadan imtina etmək, sabah xəstəxana qapısında gözləməmək deməkdir.
Cəmilə Cəfərzadə






