“Sükutun səsi” niyə qorxuludur?
Müasir dünyada hamımız səs-küydən şikayətlənirik və ideal sakitlik axtarırıq. Bəs bilsəniz ki, mütləq sükut insanı dəli edə biləcək ən ağır işgəncə üsuludur? Dünyanın ən sakit yeri olan və “Anexoid otaq” (əks-sədasız otaq) adlanan laboratoriyalarda heç bir insan 45 dəqiqədən artıq qala bilmir. Səbəb isə beynimizin sükutla imtahanıdır.
Patrul.az-ın araşdırmalarına görə,anexoid otaqlarda divarlar səs dalğalarının 99.9%-ni udur. Otağa daxil olub bir neçə dəqiqə keçdikdən sonra qəribə bir şey baş verir: xarici səs kəsildiyi üçün beyniniz daxili səslərin səsini (volume) maksimuma qaldırır:
İlk 10 dəqiqə öz qan dövranınızın səsini, ürək döyüntülərinizi eşitməyə başlayırsınız.
20-ci dəqiqədə isə ağciyərlərinizin necə genişləndiyini və sümüklərinizin bir-birinə sürtülərkən çıxardığı incə səsləri eşidirsiniz.
30-cu dəqiqdə qulağınızın içindəki tarazlıq mayesinin hərəkəti elə bir səs çıxarır ki, sanki beyninizin içində şəlalə axır.
İnsan beyni davamlı olaraq ətraf mühitdən siqnallar (səs, işıq, toxunuş) almağa proqramlaşdırılıb. Sensor məhrumiyyəti (Sensory Deprivation) yarandıqda, yəni xaricdən heç bir səs gəlmədikdə, beyin panikaya düşür. O, “mən yoxamsa, özüm yaratmalıyam” prinsipi ilə işləyir və olmayan səsləri – hallüsinasiyaları formalaşdırır. İnsanlar sükutun içində addım səsləri, musiqi və ya qorxulu pıçıltılar eşitməyə başlayırlar.
Sakitlik ruhun qidası ola bilər, amma “mütləq sükut” beynin düşmənidir. İnsanın öz bədəninin mexaniki səsləri ilə baş-başa qalması, onun psixi tarazlığını alt-üst etmək üçün kifayətdir.
Cəmilə Cəfərzadə






