media-inshot_20260210_201816211

“Biz ABŞ-Azərbaycan dostluğuna görə təşəkkür etmək üçün buradayıq. Yeni səhifələr açılır. Düşünürük ki, Prezident Tramp və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla münasibətlərimiz daha da inkişaf edəcək”.

Patrul.az xəbər verir ki, bu fikirləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə mətbuata birgə bəyanatında deyib.

Vaşinqton rəsmisi ABŞ ilə əməkdaşlığın Azərbaycana açacağı imkanlardan danışıb:

“Burada bəyan edəcəyimiz məsələlər çoxdur. Bir çox mövzu ətrafında müzakirələr apardıq. Biz Azərbaycana bəzi sahələrdə, o cümlədən su təchizatı baxımından yeni imkanlar yaradacağıq. Həmçinin Trampın “”Sülh və əmin-amanlıq yolu” layihəsi həyata keçirilir. Bu layihə Azərbaycana iqtisadi imkanlar açacaq və təbii ehtiyatlardan daha səmərəli istifadə olunmasına şərait yaradacaq”.

Vens bəyanatında ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülhün davamlı olmasını istədiyini də vurğulayıb:

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlı olmasını istəyirik. Bu olduqca vacibdir ki, hər hansı toqquşma yenidən başlamasın. Eyni zamanda xalqlar arasında mədəni sahədə təmasların genişlənməsini də arzulayırıq. Biz birgə çalışaraq bütün bu məsələləri yoluna qoymaq istəyirik”.

Vitse-prezident həmçinin Ermənistanla sülh prosesinə görə Prezident İlham Əliyevə təşəkkür edib:

Sülh sazişinə gəldikdə, Prezident İlham Əliyevə çox böyük təşəkkür düşür. Mən Ermənistana səfər etdim. Biz Ermənistanın baş naziri, eləcə də Azərbaycan Prezidenti ilə birlikdə sülh sazişini reallaşdıra bildik. Bu prosesi gerçəkləşdirən üç lider var idi – Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və ABŞ Prezidenti. Hesab edirəm ki, bu saziş gələcəkdə əmin-amanlığın təmin olunmasına xidmət edəcək və hər hansı münaqişənin qarşısını alacaqdır. Sülh sazişi, əslində, Prezident İlham Əliyevin liderliyinin təzahürüdür”, – deyə o, əlavə edib.


Bənzər xəbərlər